Bank Of Baku

İranda həbsdə olan azərbaycanlı jurnalist aclıq aksiyasına başlayıb

İranda həbsdə olan azərbaycanlı jurnalist aclıq aksiyasına başlayıb
# 02 fevral 2012 16:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda həbsdə olan tanınmış jurnalist İbrahim Rəşidi (Savalan) aclıq aksiyasına başlayıb. APA-nın məlumatına görə, o İranda azərbaycanlı fəaların son günlər artan qanunsuz həbslərinə etiraz olaraq belə bir addım atıb. Təbriz zindanında saxlanılan və aclığa başlayan İbrahim Rəşidinin səhhəti və vəziyyəti ilə bağlı ailəsinə heç bir məlumat verilmir.
Qeyd edək ki, İbrahim Rəşidi 2012-ci il yanvarın 22-də Təbrizdə İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs edilib. Yayılan xəbərlərə görə, azərbaycanlı jurnalist istintaq zamanı işgəncələrə də məruz qalıb. İndiyədək ona ailəsi ilə əlaqə saxlamağa icazə verilməyib. İbrahim Rəşidi Təbrizdə Azərbaycan dili müəllimi, “Şəhriyar” ədəbi dərnəyinin qurucusu, “Ulduz” və “Bulud” dərgilərinin məsulu kimi də tanınır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR