Bank Of Baku

İranda 10 azərbaycanlı fəal azadlıqdan məhrum edilib

İranda 10 azərbaycanlı fəal azadlıqdan məhrum edilib
# 02 fevral 2012 19:07 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda 10 azərbaycanlı fəal barəsində məhkəmə qərar çıxarıb. APA-nın məlumatına görə, asayişi pozmaqda, dövlətin əleyhinə təbliğat aparmaqda, hakimiyyətə qarşı çıxmaqda təqsirləndirilən Əkbər Mühacəri, Məhəmmədrza Bəxşi Xacə, Rəhim Əli Rzayi, Şərham Dadaşi, Məsud Bayrami, Əmir Babayi, Vəli Bayraqdar, Əsgər Ağayi və başqa 2 fəalın işinə Təbriz İnqilab Məhkəməsinin birinci şöbəsində baxılıb. Mühakimə edilən azərbaycanlı fəalların hər biri bir il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 10 fəal azərbaycanlı siyasi məhbuslara dəstək məqsədi ilə Təbrizin Qumtəpə məhəlləsində bəyanat yaydıqları üçün “Bəsic” könüllüləri tərəfindən həbs ediliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR