Bank Of Baku

“Bipartisan Policy Center” ABŞ-ı İrana qarşı sanksiyaları sərtləşdirməyə və hərbi əməliyyatlara hazırlıq görməyə çağırıb

“Bipartisan Policy Center” ABŞ-ı İrana qarşı sanksiyaları sərtləşdirməyə və hərbi əməliyyatlara hazırlıq görməyə çağırıb
# 03 fevral 2012 07:31 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın nüfuzlu “Bipartisan Policy Center” təşkilatı İranla bağlı təkliflər paketi hazırlayıb. APA-nın məlumatına görə, sənəddə rəsmi Tehrana qarşı sanksiyaların sərtləşdirilməsi və hərbi əməliyyatlara hazırlıq görülməsi təklif olunur. ABŞ prezidenti Barak Obamaya ünvanlanmış hesabatda rəsmi Vaşinqtondan İran ərazisində kəşfiyyat-təxribat xarakterli fəaliyyətini gücləndirmək, Fars körfəzinə əlavə hərbi gəmilər göndərmək, müttəfiqləri ilə irimiqyaslı hərbi təlimlər keçirmək tövsiyə olunur. Sənəddə qeyd olunur ki, ABŞ İrana ultimatum verməlidir: “Ya Tehran özü könüllü şəkildə nüvə proqramından imtina etməli, ya da hərbi yolla buna məcbur edilməlidir”.

Qeyd edək ki, “Bipartisan Policy Center” təşkilatında istefada olan hərbçilər, kəşfiyyatçılar və siyasətçilər təmsil olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR