Bank Of Baku

Ayətullah Xamneyi: “Bizim hərbi təhdid və neft sanksiyalarına qarşı verəcək cavabımız var”

Ayətullah Xamneyi: “Bizim hərbi təhdid və neft sanksiyalarına qarşı verəcək cavabımız var”
# 03 fevral 2012 12:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ABŞ və digər dövlətlər bilsinlər ki, bizim hərbi təhdid və neft sanksiyalarına qarşı veriləcək cavabımız var”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu fikirləri İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi Tehran Universitetində cümə xütbəsi zamanı bildirib. Ali dini lider ABŞ-ın “İranla əlaqədar bütün variantlar masada” təhdidinə işarə vuraraq deyib ki, İranı döyüşlə təhdid etmək ABŞ-ın zərərinədir: “Amma gerçək bir döyüş on qat daha çox ABŞ-ın zərərinədir. İfadə və məntiq baxımından qiymətləndirildiyində təhdid ABŞ-ın acizliyinin göstəricisidir. Bu təhdidlər göstərir ki, ABŞ-ın qan tökməkdən başqa üsulu yoxdur. Bu gedişat isə ABŞ-ın etibarını sarsıdacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR