Bank Of Baku

Əli Əkbər Salehi: “İran hər cür ssenariyə tam hazır vəziyyətdədir”

Əli Əkbər Salehi: “İran hər cür ssenariyə tam hazır vəziyyətdədir”
# 06 fevral 2012 07:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İran hər cür ssenariyə qarşı tam hazır vəziyyətdədir”. APA-nın məlumatına görə, bunu İranın xarici işlər naziri Əli Əkbər Salehi deyib. O bildirib ki, İrana qarşı artan sanksiyalar da daxil olmaqla hər hansı hərbi müdaxilə ehtimalını da nəzərdə tutur.

Salehi Suriyaya hərbi müdaxilənin də əleyhinə olduqlarını söyləyib: “Bunun problemin həllinə heç bir faydası olmayacaq. Əksinə, belə bir addım atılarsa, bölgədə böyük partlayış baş verər və regionun bütün dövlətlərinə mənfi təsir göstərər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR