Bank Of Baku

Suriyada qaçırılan 11 iranlı zəvvar sərbəst buraxılıb

Suriyada qaçırılan 11 iranlı zəvvar sərbəst buraxılıb
# 07 fevral 2012 09:14 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Suriyada qaçırılan İran vətəndaşlarından 11 nəfəri sərbəst buraxılıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, onlar Türkiyənin vasitəçiliyi ilə azad ediliblər. Özünü Azad Suriya Ordusu adlandıran silahlı qruplaşma yaydığı açıqlamada İran xalqı ilə düşmən olmadığını, sadəcə rəsmi Tehranın Bəşər Əsəd rejiminə verdiyi dəstəkdən narahat olduqlarını bildirib.

Qeyd edək ki, son iki ay ərzində Suriyada 35 İran vətəndaşı qaçırılıb. Onların əksəriyyəti Suriyadakı müqəddəs yerləri ziyarət etməyə gedən zəvvarlardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR