Bank Of Baku

Bir qrup tələbə İran parlamentinin qarşısında etiraz aksiyası keçirib

Bir qrup tələbə İran parlamentinin qarşısında etiraz aksiyası keçirib
# 07 fevral 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. Fevralın 6-da Tehran şəhərində hökumət tərəfdarı olan bir qrup tələbə İran parlamentinin qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, piket iştirakçıları millət vəkillərindən Avropaya neft ixracını dayandırmaq haqda qanun layihəsinin dərhal qəbul etmələrini istəyiblər. Tələbələr əllərində bayraq və plakatlarla “Avropaya neft ixracı dayandırılsın!", “Biz ölərik, ancaq alçalmarıq!”, “Rədd olsun ABŞ!”, “Rədd olsun İsrail!”, “Rədd olsun Böyük Britaniya!” şüarları səsləndiriblər.
Qeyd edək ki, İran Avropa Birliyinin xarici işlər nazirlərinin bu il yanvarın 23-də keçirilən toplantısında bu ölkədən neft idxalına sanksiya tətbiq etməsindən sonra Avropaya neft ixracını dayandırmaq haqda qanun layihəsi hazırlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR