Bank Of Baku

İran “BBC” kanalına gizli məlumatlar ötürən şəbəkənin ifşa olunduğunu açıqlayıb

İran “BBC” kanalına gizli məlumatlar ötürən şəbəkənin ifşa olunduğunu açıqlayıb
# 07 fevral 2012 10:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran hökuməti fevralın 6-da İran Böyük Britaniyanın “BBC” teleradio şirkətinin fars xidməti ilə əməkdaşlıq edən şəbəkənin ifşa olunduğu barədə məlumat yayıb. APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, hələlik həbs olunan şəxslərin adları açıqlanmayıb. Ancaq onların “BBC“ şirkətinə gizli məlumatlar ötürdüyü, xəbərlər, reportajlar hazırladıqları, bunun müqabilində külli miqdarda pul aldıqları bildirilir. Eyni zamanda onların BBC üçün işçi toplayaraq təcrübə keçdikləri və rejiminin təzyiqləri ilə qarşılaşan jurnalistlərin ölkədən çıxmasına hər cür şərait yaratdıqları qeyd olunub.

“BBC” teleradio şirkətinin baş direktoru Mark Tompson isə deyib ki, qurumun fars xidmətinin əməkdaşlarının heç biri İran ərazisində çalışmır: “Sadəcə İran rəhbərliyi BBC fars xidmətinin əməkdaşlarının ölkə ərazisində yaşayan yaxınlarına təzyiq göstərir”. Qeyd edək ki, 2009-cu il İranda keçirilmiş mübahisəli prezident seçkilərindən sonra “BBC” telekanalının İranda fəaliyyətinə qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR