Bank Of Baku

Mahmud Əhmədinejad parlamentdə dindiriləcək

Mahmud Əhmədinejad parlamentdə dindiriləcək
# 07 fevral 2012 14:36 (UTC +04:00)
APA-nın “Associated Press” agentliyinə istinadən yaydığı xəbərə görə, M. Əhmədinejad ona qarşı irəli sürülən çoxsaylı ittihamlara cavab verəcək. Ondan iqtisadiyyat, xarici və daxili siyasətdə buraxılan səhvlərlə bağlı hesabat tələb ediləcək. Konkret olaraq Tehranda metro tikintisi və ictimai nəqliyyatın inkişafı üçün ayrılan maliyyənin nəyə sərf olunduğu soruşulacaq.

İran qanunlarına əsasən prezident 1 ay müddətində parlamentə gedib millət vəkillərinin suallarını cavablandırmalıdır. Ölkənin müasir tarixində ilk dəfədir bu cür hadisə baş verir. İranda ali dini lider Əli Xamneyi ilə prezident Mahmud Əhmədinejad arasında gizli mübarizə getdiyi bildirilir. Martda keçiriləcək parlament seçkiləri ərəfəsində bu mübarizə daha da qızışmaqdadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR