Bank Of Baku

Çin İrandan neft idxalının 50% azaldılması barədə qərarını martın sonunadək uzadıb

Çin İrandan neft idxalının 50% azaldılması barədə qərarını martın sonunadək uzadıb
# 07 fevral 2012 22:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Çin hökuməti İrandan neft idxalının 50% azaldılması barədə qəbul etdiyi qərarı bu il mart ayının sonunadək uzadıb. APA-nın məlumatına görə, buna səbəb İranın Mərkəzi Bankı da daxil olmaqla bu ölkənin əksər banklarına tətbiq olunmuş sanksiyalarla əlaqədar ödənişin həyata keçirilə bilməməsidir. Nəticədə rəsmi Pekin 2012-ci ilin yanvar və fevral aylarında İrandan neft idxalını yarıbayarı azaldıb.
Qeyd edək ki, 2011-ci ildə Çin İrandan hər gün 555 min barel neft idxal edib. İran Səudiyyə Ərəbistanı və Anqoladan sonra Çinə neft idxalında üçüncü yeri tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR