Bank Of Baku

İranda islam inqilabının ildönümü münasibətilə kütləvi tədbirlər keçirilir - FOTO

İranda islam inqilabının ildönümü münasibətilə kütləvi tədbirlər keçirilir - <font color=red>FOTO</font>
# 11 fevral 2012 09:18 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İranda islam inqilabının 33-cü ildönümü münasibətilə təntənəli bayram tədbirləri keçirilir. APA-nın məlumatına görə, paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib. 22 min tələbə birlikdə inqilabın marşını oxuyub.

Hazırda paytaxt Tehran şəhərinin müxtəlif xiyabanlarından vətəndaşlar Azadlıq meydanına tərəf axın edir. Onlar “İstiqlal, Azadlıq, İslam Cümhuriyyəti!”, “Amerikaya ölüm!”, “İsrailə ölüm” və s. şüarlar səsləndirirlər. Bundan əlavə, eyni vaxtda İranın 818 şəhər və qəsəbəsində, eləcə də 4 min kəndində bayram mərasimləri keçirilir.

Tehrandakı mitinqdə İran prezidenti Mahmud Əhmədinejad və hazırda bu ölkədə səfərdə olan Fələstinin “HAMAS” təşkilatının lideri İsmayıl Haniyə çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR