Bank Of Baku

Mahmud Əhmədinejad: “Yaxın günlərdə bütün dünya İranın nüvə sahəsində əldə etdiyi çox böyük və vacib uğurların şahidi olacaq”

Mahmud Əhmədinejad: “Yaxın günlərdə bütün dünya İranın nüvə sahəsində əldə etdiyi çox böyük və vacib uğurların şahidi olacaq”
# 11 fevral 2012 17:25 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Ötən il İran texnologiya sahəsində dünyada 37-ci, bölgədə 6-cı sırada olarkən, bu gün dünyada 12-ci, bölgədə isə 1-ci yerdədir”. APA-nın məlumatına görə, bunu İranın prezidenti Mahmud Əhmədinejad bu gün paytaxt Tehran şəhərində, Azadlıq meydanında islam inqilabının 33-cü ildönümü münasibətilə keçirilən təntənəli bayram mərasimində çıxışı zamanı deyib. O, 2-3 il içərisində İranın benzin ixracatçısı olacağını deyib: “Bundan 7 il əvvəl İran neftdən gələn xarici gəlirlərinin 7.5 milyard dollar olduğu halda, 2011-ci ilin ilk 9 ayı ərzində bu göstərici 35 milyard dolları ötüb. Bu ilin sonunadək (bir ay sonra – İranda il miladi təqvimlə martın 21-də tamam olur) bu rəqəm 43 milyard dollar olacaq”. M. Əhmədinejad yaxın günlərdə ölkəsinin nüvə sahəsindəki yeni uğurları barədə də məlumat verəcəyini desə də, ancaq detalları açıqlamayıb: “Yaxın günlərdə bütün dünya İranın nüvə sahəsində əldə etdiyi çox böyük və vacib uğurların şahidi olacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR