Bank Of Baku

ABŞ İrana qarşı xüsusi bomba hazırlayır

ABŞ İrana qarşı xüsusi bomba hazırlayır
# 13 fevral 2012 07:23 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. ABŞ-ın Müdafiə Nazirliyi (Pentaqon) İranın yer altındakı süni mağaralardan ibarət beton sığınacaqlarını partlatmaq məqsədilə xüsusi bomba istehsal edəcək. APA-nın məlumatına görə, artıq xüsusi bombanın hazırlanması üçün Konqresdən icazə alınıb. Yüksək dağıdıcı gücə malik olan bombanın hazırlanmasına 81 milyon dollar xərclənəcək.

Yeni bomba 2003-cü ildə İraq müharibəsi dövründə yeraltı sığınacaqların dağıdılmasında istifadə edilən bombaların təkmilləşmiş formasıdır. 5-6 metr uzunluğunda hazırlanacaq bombanın ağırlığı 14 ton olacaq. Bomba 60 metrlik beton və 40 metr qalınlığındakı qayaları darmadağın edə biləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR