Bank Of Baku

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi azərbaycanlıları İrandakı parlament seçkilərini boykot etməyə çağırıb

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi azərbaycanlıları İrandakı parlament seçkilərini boykot etməyə çağırıb
# 13 fevral 2012 07:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC) İranda martın 2-də keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə İranda yaşayan azərbaycanlılar seçkiləri boykot etməyə çağırılır: “2012-ci il martın 2-də İranda keçiriləcək IX parlament seçkiləri növbəti dəfə saxtalaşdırılacaq və hakimiyyət yenə öz adamlarını deputat kürsüsünə oturdacaq. Ölkədə insanların azad seçim hüquqları pozulur, seçicilərin sayı süni surətdə artırılmaqla seçkinin nəticələri saxtalaşdırılır, qadınların seçkilərdə iştirakı, söz, mətbuat azadlıqları məhdudlaşdırılır, bütün sahələrdə irqi ayrı-seçkilik özünü göstərir, iqtisadi və siyasi böhran baş verir. Ona görə də İranda yaşayan qeyri-fars millətləri, o cümlədən əhalinin çox hissəsini təşkil edən azərbaycanlılar seçki oyunlarına birmənalı şəkildə etiraz etməlidirlər. Bu ölkədə 30 milyondan çox azərbaycanlının millət olaraq inkar edilməsi, assimilyasiyaya məruz qalması, Urmiya gölünü məqsədyönlü qurudulması, azərbaycanlıların əzəli torpaqlarından didərgin salınması, yeraltı və yerüstü sərvətlərin talan edilməsi, onlardan əldə olunan gəlirlərlə fars bölgələrinin abadlaşdırılması, Azərbaycan bölgələrini iqtisadi cəhətdən yararsız hala salmaqla əhalinin öz yurdlarını tərk etməyə məcbur edilməsi və digər səbəblər azərbaycanlıların milli iradələrini kütləvi şəkildə ortaya qoyaraq seçki oyununa “yox!” demələrinə əsas verir. GAMAC azərbaycanlıların İranda baş verən ictimai-siyasi proseslərdə böyük təsir gücünə sahib olduğuna əsaslanaraq saxta seçki siyasətinin ifşa olunması üçün orada keçiriləcək parlament seçkilərinin (Azərbaycanın qərb bölgəsi istisna olmaqla) boykot edilməsinə çağırır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR