Bank Of Baku

İranda daş-qalaq edilmək cinayət məcəlləsindən çıxarılacaq

İranda daş-qalaq edilmək cinayət məcəlləsindən çıxarılacaq
# 14 fevral 2012 08:42 (UTC +04:00)
Bakı – APA. İran cinayət qanunvericiliyinə dəyişiklik etməyi düşünür. APA-nın Britaniyanın “The Daily Telegraph” qəzetinə istinadən verdiyi məlumata görə, İranda daş-qalaq edilmə yolu ilə edam və yetkinlik yaşına çatmayanların ölümə məhkum olunmasının cinayət məcəlləsindən çıxarılacağı gözlənilir.

Artıq Konstitusiyaya Uyğunluq Şurası bu dəyişikliyə razılıq verib. Qanun prezident tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Qeyd edək ki, 1980-ci ildən bəri İranda azı 99 nəfər daş-qalaq edilməklə edam olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR