Bank Of Baku

Altı ayda Əfqanıstanda 3812 mülki vətəndaş həlak olub və ya yaralanıb

Altı ayda Əfqanıstanda 3812 mülki vətəndaş həlak olub və ya yaralanıb
# 30 iyul 2019 12:00 (UTC +04:00)

2019-cu ilin birinci yarısında Əfqanıstanda hərbi və terrorçu qruplaşmalara qarşı aparılan döyüşlərdə 3812 mülki vətəndaş həlak olub və ya yaralanıb.

APA-nın “Reuters”-ə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Əfqanıstandakı Yardım Missiyasının yaydığı hesabatda bildirilib.

Hesabatda qeyd olunub ki, yanvarın 1-dən iyunun 30-dək Əfqanıstanda Taliban və İŞİD döyüşçüləri tərəfindən 531 nəfər öldürülüb, 1437 nəfər yaralanıb. Ekstremist qüvvələr hökumət rəsmiləri, qəbilə ağsaqqalları, dini alimlər də daxil olmaqla məqsədli şəkildə 985 mülki vətəndaşı hədəf alıb.

BMT-nin hesabatına görə, hökumət qüvvələrinin silahlı qruplaşmalara qarşı apardığı döyüşlərdə isə 717 mülki vətəndaş həlak olub, 680 nəfər isə yaralanıb. Bu rəqəmlər 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz çoxdur.

Hesabatda bildirilib ki, terror və qarşıdurmalar nəticəsində 6 ay ərzində bütün ölkədə 144 qadın və 327 uşaq həlak olub.

Hava hücumları nəticəsində 519 mülki vətəndaş yaralanıb ki, onun da 150-si uşaqdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR