ABŞ ordusunun İranın iki balıqçı qayığına zərbəsi nəticəsində bir neçə balıqçı itkin düşüb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ın pilotsuz uçuş aparatının İranın cənubundakı Minab rayonunun Kərqan limanı ərazisində iki İran balıqçı qayığına zərbəsi nəticəsində qayıqlarda olan bir neçə balıqçı itkin düşüb. Onların tapılması üçün axtarış-xilasetmə əməliyyatı başladılıb.