ABŞ və Cənubi Koreya hərbçiləri cümə günü elan ediblər ki, bu ay son 5 ildə ən böyük birgə hərbi təlim keçirəcəklər.
Bu günlərdə ABŞ-ın B-1B strateji bombardmançı təyyarəsi Şimali Koreyaya qarşı güc nümayişi üçün Koreya yarımadası üzərindən uçub.
APA-nın “Amerikanın Səsi”nə istinadən verdiyi xəbərə görə, birgə mətbuat konfransında Cənubi Koreya və Amerika hərbçilərinin nümayəndələri martın 13-dən 23-dək müdafiə qabiliyyətlərini gücləndirmək üçün kompüter simulyasiyasından istifadə etməklə komanda qərargah təlimi olan “Freedom Shield” təlimini keçirəcəklərini bildiriblər. Eyni müddət ərzində ayrıca genişmiqyaslı birgə Döyüşçü Qalxanı FTX səhra təlimləri keçiriləcək.