Bank Of Baku

ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib

ABŞ və Körfəz ölkələri Livan-İsrail danışıqlarını dəstəkləyib
# 25 iyun 2026 23:54 (UTC +04:00)

ABŞ və Körfəz Əməkdaşlıq Şurasına üzv dövlətlər Livan və İsrail arasında aparılan danışıqların digər regional münaqişələrdən asılı olmayaraq davam etdirilməsinin vacibliyini bəyan ediblər.

APA xəbər verir ki, bu barədə Manamada keçirilən nazirlər görüşünün yekun birgə bəyanatında bildirilib.

Sənəddə Livanın suverenliyi, təhlükəsizliyi və ərazi bütövlüyünə dəstək ifadə olunub, ABŞ-ın vasitəçiliyi ilə aparılan Livan-İsrail danışıqları alqışlanıb.

Tərəflər uzunmüddətli sülh və təhlükəsizlik razılaşmalarının əldə olunması üçün danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR