Bank Of Baku

AEBA: İran agentliklə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır

AEBA direktoru Rafael Qrossi

© APA | AEBA direktoru Rafael Qrossi

# 05 noyabr 2025 10:53 (UTC +04:00)

İran gərginliyin artmasının qarşısını almaq üçün BMT inspektorları ilə əməkdaşlığı ciddi şəkildə yaxşılaşdırmalıdır.

APA xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi “Financial Times” qəzetinə bildirib.

O qeyd edib ki, 12 günlük İran-İsrail müharibəsindən sonra AEBA İranda bir çox inspeksiyalar həyata keçirib.

Lakin agentliyə İranın Fordo, Nətənz və İsfahandakı nüvə obyektlərinə giriş icazəsi verilməyib.

Qeyd edək ki, bu obyektlər ABŞ tərəfindən bombalanıb.

Xatırladaq ki, Qrossi oktyabr ayında İranın zənginləşdirilmiş uran ehtiyatı ətrafında hərəkətliliyin qeydə alındığını, lakin bunun hələ uranın zənginləşdirilməsi prosesinin davam etdirilməsi demək olmadığını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR