Türkiyənin hakim AK Partiyasında PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın təşkilatın tərksilah olmasına dair etdiyi çağırışı şərh ediblər.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, partiya sədrinin müavini Efkan Ala çağırışın nəticə verib-verməyəcəyinin vacib olduğunu qeyd edib:
“Çağırışın mahiyyəti silahı yerə qoymaq və terror təşkilatının özünü ləğv etməsidir. Biz nəticəyə baxacağıq”.