Türkiyə milli müdafiə naziri Hulusi Akar Türkiyənin İraqın şimalında yerləşən hərbi bazasının terrorçular tərəfindən atəşə tutulmasına münasibət bildirib.
APA-nın İstanbul müxbiri xəbər verir ki, o, jurnalistlərə açıqlamasında Türkiyənin Suriyanın və İraqın şimalında anti-terror əməliyyatlarının davam edəcəyini bildirib.
“Təbii ki, zaman-zaman hücumlar baş verir və dərhal, misli ilə lazımi cavab verilir. Lazımi tədbirlər görülür”, - deyə o vurğulayıb.