Astana formatı üzrə Suriya ilə bağlı növbəti görüşün keçiriləcəyi tarix məlum olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, növbəti görüş bu ilin oktyabr ayında Nur-Sultan şəhərində keçiriləcək.
Görüşün vaxtı Suriya ilə bağlı Nur-Sultanda keçirilən yüksək səviyyəli 13-cü beynəlxalq konfransın yekununda qəbul olunan bəyanatda yer alıb.
Qeyd edək ki, Suriya ilə bağlı Astana formatında yüksək-səviyyəli görüş avqustun 1-də Qazaxıstanın paytaxtı Nur-Sultanda öz işinə başlayıb. Budəfəki görüşdə ilk dəfə olaraq apreldə keçirilən müzakirələrdə müşahidəçi statusu alan İraq və Livan təmsilçiləri iştirak edib.
Xatırladaq ki, Astana formatı üzrə Suriya ilə bağlı müzakirələr 2017-ci ildən keçirilir.