Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb

Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxsin edamına bütün hazırlıqlar tamamlanıb
# 27 aprel 2025 22:43 (UTC +04:00)

Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə qarşı törədilmiş silahlı hücumun icraçısına qarşı çıxarılmış qisas (edam) hökmünün icrası üçün bütün zəruri hazırlıqlar tamamlanıb.

APA "IRNA"ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının Ədliyyə Orqanı məlumat yayıb.

Ədliyyə Orqanının rəsmi açıqlamasında qeyd olunub ki, səfirliyə edilən hücum hadisəsi dərhal araşdırılıb, müvafiq cinayət işi açılıb, hüquqi prosedurlar sürətlə həyata keçirilib və nəticə olaraq, məhkəmə tərəfindən təqsirkar şəxsə qisas cəzası (edam hökmü) verilib.

Açıqlamada vurğulanır ki, məhkəmə prosesi çərçivəsində hadisə nəticəsində həlak olan şəxsin və onun ailəsinin hüquqları diqqətlə qorunub, onların haqlı tələbləri nəzərə alınıb.

Ədliyyə nümayəndələri onu da bildiriblər ki, Azərbaycan Respublikasının səfirliyinin təhlükəsizliyinin təmin olunması istiqamətində İran tərəfindən əlavə tədbirlər görülüb və bu kimi hadisələrin təkrarlanmasının qarşısının alınması üçün zəruri addımlar atılıb.

İran tərəfi bir daha bəyan edib ki, Azərbaycan Respublikasının səfirlik əməkdaşlarının təhlükəsizliyi İran İslam Respublikası üçün prioritet məsələ olaraq qalır və bütün mümkün vasitələrlə qorunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR