Bank Of Baku

Banqladeşdə qatar qəzasında 17 nəfər ölüb, onlarla insan yaralanıb

Banqladeşdə qatar qəzasında 17 nəfər ölüb, onlarla insan yaralanıb
# 23 oktyabr 2023 17:14 (UTC +04:00)

Banqladeşdə sərnişin və yük qatarları toqquşub, 17 nəfər ölüb, onlarla insan yaralanıb.

APA xəbər verir ki, bu barədə yerli “Dhaka Tribune” nəşri yazıb.

Məlumata əsasən, Banqladeşin şimal-şərqində sərnişin qatarı ilə yük qatarı toqquşub.

Yaralananların sayı dəqiqləşdirilməyib. Hələ də qatarların altında qalanların olduğu bildirilib.

Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR