Banqladeşdə təlim zamanı qırıcı təyyarə qəzaya uğrayıb.
APA-nın məlumatına görə, bu barədə ölkənin silahlı qüvvələrinin informasiya xidməti məlumat yayıb.
Hadisə nəticəsində bir pilot həlak olub.
“Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus "Yak-130" döyüş təyyarəsi mexaniki nasazlıq səbəbindən qəzaya uğrayıb. Təyyarənin iki pilotu xilas edilib”, - deyə məlumatda vurğulanıb.
Digər pilot xəstəxanada dünyasını dəyişib.