ABŞ Prezidenti Co Bayden İsraildə səfərdədir.
APA xəbər verir ki, Baydenin təyyarəsi Tel-Əvivə enib.
ABŞ dövlət başçısını hava limanında İsrail Prezidenti İsxak Hersoq və Baş nazir Benyamin Netanyahu qarşılayıblar.
***
04:56
ABŞ Prezidenti Co Bayden İsrailə uçub. İordaniya Kralı ilə məsləhətləşdikdən sonra o, Əmmana səfərini ləğv edib.
APA xəbər verir ki, daha əvvəl İordaniya oktyabrın 18-də günortadan sonra baş tutmalı olan Əmman sammitini ləğv etdiyini açıqlamışdı.
Tədbirdə ABŞ Prezidenti Co Bayden, İordaniya Kralı II Abdulla, Misir Prezidenti Əl-Sisi və Fələstin lideri Mahmud Abbas iştirak etməli idi. İordaniyanın xarici işlər naziri məsələ ilə bağlı, “müharibənin bitməsindən başqa bir şey haqqında danışmaq faydasızdır” deyib.