Bank Of Baku

Benyamin Netanyahu: “Biz Suriyada yaşayan dostlarımıza sülh əlimizi uzadırıq”

Benyamin Netanyahu

© APA | Benyamin Netanyahu

# 08 dekabr 2024 18:14 (UTC +04:00)

İsrailin Baş naziri Benyamin Netanyahu Suriyada Bəşər Əsədin hakimiyyətinin devrilməsinə "X" hesabı vasitəsilə münasibət bildirib.

APA xəbər verir ki, B. Netanyahu bu anı Yaxın Şərq üçün tarixi gün kimi dəyərləndirib:

"Dəməşqdə Bəşər Əsəd rejiminin devrilməsi böyük imkanlar vəd etsə də, özü ilə önəm verilməli olan təhlükələri də gətirəcək.

Biz sərhədin o tayında, Suriyada yaşayan və bizimlə sabitlik şəraitində yaşamaq istəyən dostlarımıza: kürdlərə, xristianlara və müsəlmanlara sülh əlimizi uzadırıq" - deyə, B. Netanyahunun paylaşımında bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR