Bank Of Baku

Blinken Mahmud Abbasa zəng edib, başsağlığı verib

ABŞ dövlət katibi Entoni Blinken

© APA | ABŞ dövlət katibi Entoni Blinken

# 18 oktyabr 2023 12:01 (UTC +04:00)

ABŞ dövlət katibi Entoni Blinken Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa zəng edib.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Bildirilib ki, dövlət katibi Entoni Blinken Fələstin Prezidenti Mahmud Abbasa zəng edərək Qəzzada Əl-Əhli xəstəxanasındakı partlayış nəticəsində həlak olan mülki vətəndaşlara görə başsağlığı verib.

“Dövlət katibi ABŞ-ın Fələstin xalqına davamlı dəstəyini ifadə edərək vurğulayıb ki, HAMAS fələstinliləri və ya onların öz müqəddəratını təyinetmə və ləyaqət, azadlıq, təhlükəsizlik və ədalətlə ilə bağlı qanuni istəklərini təmsil etmir”, məlumatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR