Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında yenidən təlimlərə start verib

Cənubi Koreya Şimali Koreya ilə sərhəd yaxınlığında yenidən təlimlərə start verib
# 02 iyul 2024 08:18 (UTC +04:00)

Yonhap agentliyi Cənubi Koreyanın son altı ildə ilk dəfə Şimali Koreya ilə sərhəd yaxınlığında atışlara yenidən başladığı haqda məlumat yayıb.

APA xəbər verir ki, Cənubi Koreya altı ildə ilk dəfə olaraq Koreya Xalq Demokratik Respublikası ilə sərhəd yaxınlığında yerləşən atış poliqonlarında atışı bərpa edib.

Məlumatda qeyd olunur ki, artilleriya təlimləri Kyonqqi və Qanqvon əyalətlərində baş tutub. Atışlar K-9 özüyeriyən artilleriya qurğularının iştirakı ilə baş tutub.

Bu addım Şimali Koreyanın zibil şarları göndərməsindən sonra Cənubi Koreyanın iyunun 4-də 2018-ci il Koreyalararası hərbi sazişi tamamilə dayandırmasından təxminən bir ay sonra baş verib.

Qeyd edək ki, mayın 29-da Şimali Koreya cənub qonşusunun ərazisinə zibil və peyinlə doldurulmuş 150-dən çox şar göndərib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR