Cənubi Koreyanın Müdafiə naziri Yonq Kyunq Dou ABŞ-ın Müdafiə naziri Mark Esperlə görüşəcək.
APA-nın Cənubi Koreya Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüş avqustun 9-da paytaxt Seulda baş tutacaq.
Müdafiə nazirləri Koreya yarımadasında təhlükəsizlik, yarımadanın nüvəsizləşdirilməsi və davamlı sülhün əldə olunması istiqamətində siyasi koordinasiya və qarşılıqlı hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.