Çinin cənubundakı Quyçjou əyalətində kömür mədənində baş vermiş partlayış nəticəsində 4 nəfər ölüb, daha 3 nəfər dağıntılar altında qalıb.
APA xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, insident yerli vaxtla saat 16:00-da baş verib. Rəsmi açıqlamaya əsasən partlayışa səbəb qaz sızması olub. Xilasedicilər dağıntılar altından bir şaxtaçını çıxarıb. Digər 3 şaxtaçının axtarışları davam edir.