Bank Of Baku

Çinin zəlzələ bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib

Çinin zəlzələ bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib
# 07 yanvar 2025 12:10 (UTC +04:00)

Çinin zəlzələnin baş verdiyi bölgəsində 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilib.

APA CGTN-ə istinadən məlumatına görə, bu barədə ölkənin Dövlət Şurasının Fövqəladə Vəziyyətlərin İdarəolunması İdarəsi qərar verib.

Bildirilib ki, əhaliyə operativ dəstək göstərilməsi məqsədilə əraziyə xilasedicilər cəlb olunub.

Çinin cənub-qərbində yerləşən Tibet Muxtar Bölgəsində zəlzələ nəticəsində ölənlərin sayı 53 nəfərə çatıb.

6,8 bal gücündəki yeraltı təkanların episentri Şiqatse şəhəri yaxınlığında yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR