Əfqanıstanın şimal-şərqindəki Baqlan əyalətində yerləşən məsciddə baş verən partlayış nəticəsində 10-dan çox adam yaralanıb.
APA xəbər verir ki, bu barədə “Xinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, ondan çox yaralı xəstəxanaya çatdırılıb.
***
16:30
Əfqanıstanda məsciddə partlayış nəticəsində ölən və yaralananlar var.
APA xəbər verir ki, bu barədə yerli “TOLOnews” televiziya kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, Əfqanıstanın Baqlan vilayətinin mərkəzi Puli Xumri şəhərində yerləşən məsciddə güclü partlayış baş verib. Hadisə nəticəsində ölən və xəsarət alanların sayı barədə dəqiq məlumat verilməyib.
Hadisə yerində xilasetmə işləri və istintaq prosesi davam etdirilir.