Bank Of Baku

Əfqanıstanda zəlzələ olub

Əfqanıstanda zəlzələ olub
# 13 oktyabr 2023 06:16 (UTC +04:00)

Əfqanıstanda 4,9 maqnitudalı zəlzələ qeydə alınıb.

APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 108 min nəfər əhalisi olan Baqlan şəhərindən 9 km cənub-şərqdə yerləşib.

Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Xatırladaq ki, oktyabrın 7-də Herat yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub. Son verilənlərə görə, təbii fəlakətdə 2500 nəfər ölüb, on minlərlə insan evsiz qalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR