İrandakı müəmmalı zəhərlənmələr Ərdəbildə də qeydə alınıb.
APA xəbər verir ki, Ərdəbil Tibb Elmləri Universitetinin rektoru deyib ki, zəhərlənmələr Ərdəbilin 7 məktəbində qeydə alınıb.
Nəticədə 108 şagird xəstəxanaya yerləşdirilib.
Bu gün Tehran şəhərində də şagirdlər arasında zəhərlənmələrin qeydə alındığı bildirilib.
Xatırladaq k, İranın Qum və Burucerd şəhərləri də daxil olmaqla bir sıra yerlərdə məktəblilərinin zəhərlənənməsi halları artmaqdadır.