Bank Of Baku

Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib

Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib
# 17 oktyabr 2023 22:54 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrail ordusunun Qəzzada xəstəxananı atəşə tutmasını pisləyib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bununla bağlı dövlət başçısının “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Qeyd olunub ki, qadınların, uşaqların və günahsız vətəndaşların olduğu xəstəxananın vurulması ən təməl insani dəyərlərdən məhrum hücumlarının son nümunəsidir: “Mən bütün bəşəriyyəti Qəzzada bu misli görünməmiş vəhşiliyi dayandırmaq üçün hərəkətə keçməyə dəvət edirəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR