Bank Of Baku

Filippində ardıcıl iki zəlzələ olub, ölən və yaralananlar var

Filippində ardıcıl iki zəlzələ olub, ölən və yaralananlar var
# 27 iyul 2019 06:42 (UTC +04:00)


Filippində şənbə günü ardıcıl iki dəfə zəlzələ baş verib. 

APA “TASS”a istinadən xəbər verir ki, təbi fəlakət nəticəsində azı 5 nəfər ölüb, 12 nəfər isə yaralanıb. 

“Sinxua” agentliyinin yerli hakimiyyət orqanlarına istinadən yaydığı məlumata görə, Filippinin şimalındakı İtbayat bələdiyyəsi (Batanes əyaləti) ərazisində 5.4 bal gücündə baş verən zəlzələnin episentri təxminən 9 km dərinlikdə olub. 

Təxminən üç saat sonra eyni məkanda 5,9 bal gücündə yenidən zəlzələ baş verib və episentrinin 10 km dərinlikdə olduğu deyilir. 

Qeyd edək ki, İtbayat ərazisində 3 minə yaxın insan yaşayır. Zəlzələdən sonra sunami təhlükəsi elan edilməyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR