Bank Of Baku

G20 XİN başçıları toplantısında Lavrov Blinkenlə ayaqüstü söhbət edib

G20 XİN başçıları toplantısında Lavrov Blinkenlə ayaqüstü söhbət edib
# 02 mart 2023 16:07 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Entoni Blinken Hindistanda keçirilən G20 Xarici İşlər Nazirləri Toplantısının ikinci sessiyasında ayaqüstü söhbət ediblər.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Rusiya XİN sözçüsü Mariya Zaxarova bildirib.

O, heç bir danışıqların olmadığını açıqlayıb.

“Blinken Lavrovla əlaqə saxlamağı xahiş etdi. G20-nin ikinci iclası çərçivəsində Sergey Lavrovla ayaqüstü söhbət oldu. Heç bir danışıqlar, görüş və s. olmayıb”, - deyə Zaxarova vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR