Bank Of Baku

Hakan Fidan Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə edib

Hakan Fidan Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə edib
# 28 dekabr 2024 19:24 (UTC +04:00)

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ Dövlət katibi Entoni Blinkenlə telefonla danışıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-nin məlumatında deyilir.

Danışıq zamanı, Hakan Fidan Suriyada sabitliyin təmin edilməsi və keçid dövrünün nizamlı şəkildə başa çatdırılması üçün ölkənin yeni administrasiyası ilə əməkdaşlıq çərçivəsində hərəkət etməyin vacibliyini qeyd edib.

Terror təşkilatı PKK/YPG-nin Suriyaya sığınmasına icazə verilməyəcəyini vurğulayan Fidan Türkiyənin Suriyanın yeni rəhbərliyinin ölkənin ərazi bütövlüyü və təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki səylərini dəstəklədiyini bildirib.

Bundan əlavə, türkiyəli nazir Qəzzada daimi atəşkəsin təmin edilməsi üçün daha çox səy göstərilməli olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR