Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün kanadalı həmkarı Melani Coli ilə telefon danışığı aparıb.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı İsrail və Fələstindəki son hadisələr və Qəzzada humanitar vəziyyət müzakirə edilib.