Bank Of Baku

HAMAS daha bir israilli girovun qalıqlarını təhvil verəcək

HAMAS daha bir israilli girovun qalıqlarını təhvil verəcək
# 17 oktyabr 2025 23:12 (UTC +04:00)

HAMAS hərəkatı ölən israilli girovlardan daha birinin qalıqlarını yerli vaxtla saat 23:00-da Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) təhvil verəcək.

APA xəbər verir ki, bu barədə hərəkatın silahlı qanadı olan İzzəddin Əl-Qəssam Briqadalarının “Telegram” kanalında məlumat verilib.

"Girovlardan birinin cəsədi bu gün Qəzza zolağında tapılıb və saat 23:00 radələrində tibbi heyətə təhvil veriləcək", - bəyanatda deyilir.

Qalıqları BQXK-ya təhvil veriləcək girovun adı açıqlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR