Bank Of Baku

HAMAS-ın İsrailə hücumunda yaralananların vəziyyəti açıqlanıb

HAMAS-ın İsrailə hücumunda yaralananların vəziyyəti açıqlanıb
# 24 oktyabr 2023 11:35 (UTC +04:00)

Oktyabrın 7-də HAMAS silahlılarının İsrailə qəfil hücumunda yaralananlardan 278 nəfərin müalicəsi ölkə xəstəxanalarında davam etdirilir.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə İsrailin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin verdiyi məlumata görə, yaralılardan 40 nəfərin vəziyyəti ağır, 164 nəfərin vəziyyəti orta ağır, 74 nəfərin vəziyyəti isə yaxşıdır.

Xatırladaq ki, oktyabrın 7-də HAMAS-ın İsrailə qəfil hücumu nəticəsində 1400-dən çox şəxs qətlə yetirilib, 222 nəfər HAMAS silahlıları tərəfindən girov götürülərək Qəzzaya aparılıb, onların əksəriyyəti qadınlar, uşaqlar və yaşlılardır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR