HAMAS-ın sərhəd xidmətinin rəisi öldürülüb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə "Hamas" radiosu məlumat yayıb.
Bildirilib ki, Qəzzada HAMAS-ın təyin etdiyi sərhəd xidməti rəisi Fuad Əbu Btihan və onun bəzi qohumları İsrailin Qəzzaya endirdiyi hava zərbəsi nəticəsində həlak olub.