Bank Of Baku

HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb

Cəmilə əl-Şanti

© APA | Cəmilə əl-Şanti

# 19 oktyabr 2023 10:55 (UTC +04:00)

HAMAS-ın siyasi bürosunun ilk qadın üzvü öldürülüb.

APA "Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə Qəzzada HAMAS-a bağlı media orqanları məlumat yayıb.

Bildirilib ki, HAMAS-ın həmtəsisçisi Əbdül Əziz ər-Rantisinin həyat yoldaşı və təşkilatın siyasi bürosuna seçilən ilk qadın Cəmilə əl-Şanti İsrailin hava hücumunda öldürülüb.

Onun bu gün səhər saatlarında öldüyü qeyd olunub.
Əl-Şanti 2021-ci ildə HAMAS-ın ən yüksək qərar qəbuledici orqanı olan siyasi bürosuna seçilən ilk qadındır.
Onun həyat yoldaşı Rantisi 2004-cü ildə İsrailin hava hücumu nəticəsində öldürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR