HƏMAS Qəzzada atəşkəslə bağlı təklifi qəbul edib

HƏMAS Qəzzada atəşkəslə bağlı təklifi qəbul edib
# 06 may 2024 21:20 (UTC +04:00)

HƏMAS lideri Qətər və Misir rəsmilərinə Qəzzada atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib.

APA xəbər verir ki, bu barədə HƏMAS hərəkatının rəsmi “Telegram” kanalında məlumat verilib.

“HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyə Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani və Misirin Kəşfiyyat naziri Abbas Kamelə zəng edərək, hərəkatın atəşkəs razılaşması təklifi ilə razılaşdığını bildirib”, - məlumatda deyilir.

Xatırladaq ki, qısa müddət öncə “Al Jazeera” telekanalı hərəkatdakı yüksək rütbəli mənbəyə istinadən məlumat vermişdi ki, Həmas Qətər və Misir vasitəçilərinə Qəzzada atəşkəs təklifi ilə razılaşdıqları barədə məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR