Bank Of Baku

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb
# 30 iyul 2019 01:40 (UTC +04:00)

Hindistanın şimal-şərqindəki Assam ştatında iki həftədir davam edən güclü musson yağışlarının yaratdığı daşqınlar nəticəsində ölənlərin sayı 86 nəfərə çatıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bundan əvvəl 62 nəfərin öldüyü deyilirdi.

Bildirilir ki, ştatın 17 dairəsində 1348 kənd hələ də su altındadır. Bununla belə, Assamda suların səviyyəsi aşağı düşməkdə davam edir.

Qeyd edək ki, regionun fövqəladə hallar xidmətinin bundan əvvəl yaydığı məlumatına görə, ümumilikdə 5,7 mln. sakin daşqınlardan əziyyət çəkib, 151 mindən çox insan müvəqqəti düşərgələrə köçürülüb. Daşqınlar ştatın 33 dairəsindən 30-unu əhatə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR