Bank Of Baku

Hindistan Silahlı Qüvvələri hərbi-kosmik təlimlər keçirəcək

Hindistan Silahlı Qüvvələri hərbi-kosmik təlimlər keçirəcək
# 24 iyul 2019 12:34 (UTC +04:00)

Hindistan Silahlı Qüvvələri bu həftənin sonuna qədər ölkə tarixində ilk dəfə fəzada “İndSpaceEx” adlı hərbi-kosmik təlimlər keçirməyi planlaşdırır. 

APA-nın “Times of İndia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan hökumətindəki mənbə bildirib. 

“Hindistanın Baş Naziri Narendra Modi bildirib ki, 2019-cu ilin martında peyk-əleyhinə silahın sınaqdan keçirilməsi ölkənin müdafiə qabiliyyətini artıracaq. Buna uyğun olaraq "İndSpaceEx" Hindistan Silahlı Qüvvələrinin kosmosda münaqişənin gərginləşməsinə mümkün cavabını nümayiş etdirəcək”, - hökumətdəki mənbə qeyd edib. 

Mənbənin sözlərinə görə, Çinin artan gücünü nəzərə alaraq, Hindistan fəzada öz maraqlarının qorunması üçün şərait yaratmalıdır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR