Son bir həftə ərzində Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinin Yəməndə husilərin nəzarətində olan ərazilərə endirdiyi zərbələr nəticəsində 44 dinc sakin ölüb.
APA xəbər verir ki, bu barədə husilərin Sənada yaratdığı Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Əl-Cauf, Əl-Hudeydə, Taiz, Səada, Səna və Həccə vilayətlərinə endirilən hava zərbələri nəticəsində ölənlər arasında 5 uşaq da var.
Husilərin Səhiyyə Nazirliyi sentyabrın 3-dən etibarən qeyd olunan bölgələrdə Səudiyyə Ərəbistanının hava hücumları nəticəsində ümumilikdə 82 dinc sakinin öldüyünü və ya yaralandığını bildirib.
Səudiyyə Ərəbistanı tərəfi bu məlumatı hələlik şərh etməyib.