Bank Of Baku

İordaniya kralı ABŞ-ı Qəzza zolağında humanitar dəhlizlərin açılmasına kömək etməyə çağırıb

İordaniya kralı ABŞ-ı Qəzza zolağında humanitar dəhlizlərin açılmasına kömək etməyə çağırıb
# 13 oktyabr 2023 14:03 (UTC +04:00)

İordaniya Kralı II Abdullah ibn Al Hüseyni ABŞ-ı Qəzza zolağında humanitar dəhlizlərin açılmasına kömək etməyə çağırıb.

APA Krallığın Ofisi tərəfindən yayılan bəyanata istinadən xəbər verir ki, bu barədə II Abdullah ABŞ dövlət katibi Entoni Blinkenlə görüşü zamanı bildirib.

Kral Fələstin anklavında beynəlxalq təşkilatların işinə maneə yaratmağın yolverilməz olduğunu bildirib və Fələstinin Qəzza zolağında humanitar dəhlizlərin açılması zərurətini vurğulayıb.

İordaniya rəhbəri onu da əlavə edib ki, BMT Təhlükəsizlik Şurası Qəzza zolağında mülki əhalinin müdafiəsini təmin etməlidir.

II Abdullah həmçinin vurğulayıb ki, Qəzza zolağındakı böhran qonşu ölkələrə yayılmamalı, məcburi köçkün problemi daha da dərinləşməməlidir. Kral fələstinliləri öz torpaqlarından didərgin salmaq və ya köçməyə məcbur etmək cəhdlərinə qarşı da xəbərdarlıq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR